Xəzər Xəbər

20 yanvar metrostansiyasının yeralıtı keçidlərində olan ticarət obyektlərinin aqibəti NECƏ OLACAQ? VİDEO

Veb TV | 21:35 • 30 Avqust 2024
20 yanvar metrostansiyasının yeralıtı keçidlərində olan ticarət obyektlərinin aqibəti NECƏ OLACAQ?

Metronun "20 Yanvar" stansiyasın çıxşındakı yeraltı keçidləriə mağazalar işini dayandırdı.

Xezerxeber.az xəbər verir ki, sahibkarların sözlərinə görə, təxminən 150-dən çox mağaza bağlanıb nə vaxt açılacağı isə açıqlanmır.

Bu suala cavab tapmaq üçün biz də aidiyyəti qurumların bir-bir qapısını döydük... "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən bildirildi ki, "20 Yanvar" və "Cəfər Cabbarlı" metro xətlərindəki keçidlərdə fəaliyyət göstərən obyektlərin onlara heç bir aidiyyəti yoxdur.

Yasamal rayon icra hakimiyyətinin mətbuat xidmətindən isə "Xəzər Xəbər"ə şifahi olaraq bildirildi ki, ərazi bu qurumun da balansında deyil, yeraltı keçiddəki mağazalar şəxsi mülkiyyətdir.

Əmlak məsələləri Dövlət Xidmətindən də bildirildi ki, keçidlə bağlı onlarda da heçbir məlumat yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar