Xəzər Xəbər

İxtisas seçimində hansı kolleclərin yerləri boş qalıb? - AÇIQLAMA VİDEO

Veb TV | 21:30 • 30 Avqust 2024
İxtisas seçimində hansı kolleclərin yerləri boş qalıb? - AÇIQLAMA

Bu gündən kolleclərin  boş qalan yerlərinə ixtisas seçimi başlayıb.

Xezerxeber.az-ın xəbərinə görə, DİM-in Mətbuatla İş və Kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə bildirib ki, 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin 1802 boş qalan yerlərində iştirak üçün yenidən müsabiqə elan olunub.

Xanlar Xanlarzadə bildirib ki, Ümumlikdə 10 min 930 plan yeri ayrılib. 10 min 575 nəfər birinci turdan kolleclərə qəbul olub. Qeydiyyat müddəti ərzində təqribən  1400 nəfər qeydiyyatdan  keçməyib. Bu isə  o deməkdir ki, onlar həmin ixtisasda təhsil almaqdan imtina ediblər.

9 illik  orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi sentyabrın 3-dək davam edəcək. Boş qalan yerlərin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti