Xəzər Xəbər

Balıq ovu qadağasının bitməsi bazarda qiymətləri ucuzlaşdıracaq - ARAŞDIRMA VİDEO

Veb TV | 21:25 • 30 Avqust 2024
Balıq ovu qadağasının bitməsi bazarda qiymətləri ucuzlaşdıracaq - ARAŞDIRMA

Sənaye balıq ovuna tətbiq edilən qadağanın müddəti sentyabrın 1-də bitir.

Balıqların kürüləmə dövrü ilə əlaqədar mayin 1-dən tətbiq olunan bu qadağa ilə əlaqədar 4 aydır ki, balıq bazarlarında yalnız xaricdən gətirilən məhsullar satışa çıxarılırdı.

Xezerxeber.az-ın xəbərinə görə, balıq satışı ilə məşğul olan İlkin Novruzov deyir ki, qadağa müddətinin başa çatması balıq qiymətlərini endirəcək.

Onun sözlərinə görə, qadağa ilə əlaqədar alıcıların ən çox sevdiyi kütüm balığına az rast gəlinirdi. Olanlar da xaricdən gətirildiyi üçün qiyməti baha idi.

Bu arada, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi nəzərə çatdırıb ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə edilməldir. Kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə edilməməlidir.

Əks halda həmin şəxslər inzibati xətalar məcəlləsinə uyğun olaraq cərimələnəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti