Xəzər Xəbər

Göygöl rayonunda 10 yaşlı uşağın zəhərlənmədən öldüyü hadisə ilə bağlı TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:20 • 30 Avqust 2024
Göygöl rayonunda 10 yaşlı uşağın zəhərlənmədən öldüyü hadisə ilə bağlı TƏFƏRRÜATLAR

Xəbər verdiyimizk kimi, Göygöl rayonunda 10 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb. Hadisə rayonun Balçılı kəndində baş verib.

63 yaşlı Mətanət Qasımova nəvələrinin başına saç bitlərini öldürmək üçün Niastol adlı dərman vurub. Nəticədə 10 yaşlı Aydan Orucova zəhərlənərək ölüb. TƏBİB-dən bildirilib ki,  zəhərlənənlər Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət ediblər. Daha sonra isə Gəncəyə aparılıblar. 8 və 6 yaşlı qızlar  Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib.

Uşaqlar nənələrinin yanında olduğundan valideynlər hadisə haqqında məlumatı telefon zəngindən sonra öyrəniblər.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Dərman Vasitələrinin Dövlət Reyestrində "Niastol" adda məhsulun qeydiyyatdan keçmədiyi və idxalına icazə verilmədiyi bildirilib.

Məlumatda bu kimyəvi preparatın baytarlıqda mal-qaranın dezinfeksiyası üçün istifadə olunduğu bildirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar