Xəzər Xəbər

Ev sahibinin əl-qolunu bağladılar... – Kuryoz oğurluğun DETALLARI VİDEO

Veb TV | 21:10 • 30 Avqust 2024
Ev sahibinin əl-qolunu bağladılar... – Kuryoz oğurluğun DETALLARI

Ağstafada quldurluq etməkdə və avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, dörd nəfər maskalı şəxs evə daxil olaraq ev sahibinin əl-qolunu bağlayaraq ümumi dəyəri 15000 manat olan müxtəlif qızıl-zinət əşyalarını ələ keçirib. Hadisə 15 gün öncə rayonun Poylu qəsəbəsində baş verib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Qaradağ rayon sakinləri - Cəfər Babayev, Sadiq Məmmədov, Bərdə rayon sakini Rəşad Nuriyev və Ağstafa rayon sakini Röyal İsmayılov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.

Araşdırmalar zamanı həmin şəxslərin digər bir rayon sakininə məxsus avtomobili qaçırdıqları da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti