Xəzər Xəbər

SOCAR-ın müəssisəsində yanğın necə baş verib? VİDEO

Veb TV | 21:00 • 30 Avqust 2024
SOCAR-ın müəssisəsində yanğın necə baş verib?

Xəbər verdiyimiz kimi, paytaxtın Suraxanı rayonunda, SOCAR-ın Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verib.

Yanğının miqyası geniş olduğu üçün alov və qatı duman qısa zamanda ətraf ərazilərdən görünüb.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlərin səyi, görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində alovun ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti