Kimsəsiz qadına evində 5 ay qulluq edən qonşusu onu öz arzusu ilə qocalar evinə yerləşdirib.
Xezerxeber.az-ın xəbərinə görə, ancaq o, iddia edir ki, 76 yaşlı qonşusuna burada göstərilən münasibət ürəyincə deyil.
“Xəzər Xəbər”in vatsap qaynar xəttinə müraciət edən Bakı şəhər sakini Sevil Salayeva iddia edir ki, tənha yaşayan 76 yaşlı qonşusu Şəfiqə Sübhanovanı öz arzusu ilə Bilgəhdə yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yerləşdirib.
Sevil Salayeva iddia edir ki, şəkərli diabetdən əziyyət çəkən keçmiş qonşusuna dərman alınması üçün pul istənilib.
İddialara aydınlıq gətirmək məqsədilə Bilgəhdə ahıl şəxslər üçün sosial xidmət müəssisəsində Şəfiqə Sübhanova ilə görüşdük.
Müəssisənin direktoru Samirə Mehdiyeva isə "Xəzər Xəbər"ə açıqlamasında iddiaların əsassız olduğunu bildirib.
Hazırda ahıllar evinin 216 sakini olduğunu bildirən Samirə Mehtiyeva qeyd edib ki, müəssisəsinin bütün sakinləri xüsusi diqqət və qayğı ilə əhatə olunublar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.