Xəzər Xəbər

Tələbələr üçün hazırlanan yeni güzəşt kartlarının üstünlüyü nədən ibarətdir? VİDEO

Veb TV | 21:40 • 29 Avqust 2024
Tələbələr üçün hazırlanan yeni güzəşt kartlarının üstünlüyü nədən ibarətdir?

Tələblər üçün güzəştli kartlar hazırlanıb.

Xezerxeber.az xəbər verir ki, tələbələrə dərsdənkənar fəaliyyətlər zamanı xüsusi imtiyazlara sahib olmaları üçün kartlar veriləcək. Bununla bağlı memorandum imzalanıb.

Təhsilin İnkişafı Fondunun əməkdaşı Fəridə Hüseynzadə bildirib ki, "TələbəPlus" adlı kart eyni anda bir neçə funksiyanı yerinə yetirəcək.

Bu kartın digər tələbə kartlarından üstünlüyü ondan ibarətdir ki, asanlıqla elektron cüzdanlara əlavə edilə biləcək. "TələbəPlus" kartı itirildiyi zaman ilk olaraq bankla əlaqə saxlanılmalı, kart dondurmalıdır. Daha sonra isə tələbə ona yeni kartın verilməsi üçün şəxsiyyət vəsiqəsi ilə təhsil aldığı universitetin mühasibat şöbəsinə yaxınlaşmalıdır.

Təhsilin İnkişafı Fondundan o da bildirildi ki, tələbələrə ictimai nəqliyyatda güzəştlərin edilməsi üçün də danışıqlar aparılıb, tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar