Xəzər Xəbər

DİN bu günə qədər nə qədər kiberdələduz dəstə saxlayıb? VİDEO

Veb TV | 23:55 • 29 Avqust 2024
DİN bu günə qədər nə qədər kiberdələduz dəstə saxlayıb?

Kiberdələduzluq yolu ilə 400-ə yaxın şəxsi aldadan dəstə üzvləri saxlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirib ki, son dövrlər çoxsaylı vətəndaş şikayət edib ki,  kart məlumatları ələ keçirilərək pul vəsaitləri naməlum şəraitdə oğurlanıb.

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları həyata keçirilən əməliyyat-texniki tədbirlərlə fişinq yolu ilə vətəndaşların kart məlumatlarını əldə edərək xüsusilə külli miqdarda pul vəsaitləri oğurlayan dəstənin üzvlərinni - Ərtoğrul Akdemir, Şamxal Abbasov, Qnyaz Həsənov və Sabir Hümmətzadəni müəyyən eədərək saxlayıblar.

Müəyyən olunub ki, dəstə üzvləri saxta saytlar hazırlayaraq guya banklar tərəfindən pul uduşlu lotereyalar keçirildiyi, bahalı telefon modellərinin dəyərindən aşağı qiymətə satışa çıxarıldığı barədə həqiqətəuyğun olmayan elanlar yerləşdiriblər.

Vətəndaşlar saxta linklərə daxil olaraq özlərinə məxsus bank kartlarının məlumatlarını daxil ediblər.

Kartını kibercinayətkarlara maddi maraq qarşılığında istifadəyə verən şəxs də həmin cinayətkar dəstələrin üzvü hesab edilir və qanun qarşısında məsuliyyət daşıdığından onlar da məsuliyyətə cəlb olunublar.

Dəstə üzvlərinin gizli şəkildə fəaliyyət göstərdikləri internet resurslarına baxış zamanı aşkar olunan maddi və elektron sübutlar əsasında onların 400-ə yaxın vətəndaşın kartından pul vəsaitləri oğurladıqları aşkar edilib. Məlumata görə, onlara vətəndaşlara ümumilikdə 500 min manata yaxın maddi ziyan vurublar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar