Xəzər Xəbər

Azərbaycanda əmlak vergisini ödəməylənlərə dəbbə pulu gələcək - DETALLAR VİDEO

Veb TV | 22:22 • 28 Avqust 2024
Azərbaycanda əmlak vergisini ödəməylənlərə dəbbə pulu gələcək - DETALLAR

Əmlak və torpaq vergisini ödəməyən şəxslərin borclarının üzərinə dəbbə pulu gələcək, ödəməynlərdən məhkəmə qaydasında tələb ediləcək.

Xezerxeber.az xəbər verir ki, Bələdiyyələrin onlayn xidmət mərkəzinin direktoru Adil Əhmədov deyir ki, bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin əmlak məsələləri üzrə dövlət xidmətinin elektron bazasına inteqrasiya edilib. Bələdiyyələr artıq real rejimdə öz ərazilərində olan vətəndaşların vergilərinin hesablanmasını həyata keçirə bilirlər.

Vergi qanunvericiliyinə əsasən, vətəndaş ona bildirişdə göstərilən vergi borcunu ödəmələdir.

Adil Əhmədovun sözlərinə görə, vətəndaş vergi borcunu ödəmədikdə bələdiyyələr öz qərarlarını ərazi üzrə icra probasiya şöbələrinə təqdim edirlər. Belə olan halda isə ödəniş məhkəmə yolu ilə alınır. Ödəniş məbləği zona əmsalına və əmlakın ölçüsünə görə dəyişir.

Əgər vətəndaşlar onlara göndərilən SMS-lərdə və yaxud tədiyyə bildirişlərində qeyd olunan borc məbləği ilə razılaşmasalar, həmin SMS-də qeyd olunan nömrə və ya Bələdiyyələr Assosiasiyasına müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti