Xəzər Xəbər

Qubadlıda açıq ərazidə YANĞIN VİDEO

Veb TV | 15:00 • 28 Avqust 2024
Qubadlıda açıq ərazidə YANĞIN

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubadlı rayonu, Xəndək kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 20 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Xəbər lenti

Çox oxunanlar