Xəzər Xəbər

Tovuzun bu kəndi sel sularının hədəfinə çevrilib VİDEO

Veb TV | 21:40 • 27 Avqust 2024
Tovuzun bu kəndi sel sularının hədəfinə çevrilib

Tovuz rayonunun Ağdam kəndi dağətəyi kənd olduğundan tez-tez bu kənd sel sularının hədəfinə çevrilir.

Elə bu dəfə də sel bir küçəni yuyaraq keçilməz hala salıb. İndi təxminən 200 nəfərdən çox sakinin rayon mərkəzi və ətraf ərazilərlə əlaqəsi kəsilib. Küçənin yararsız hala düşməsi kommunikasiya xətlərinə də ziyan vurub.

Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı rayon rəhbərliyinə məlumat veriblər. Amma bir aydır ki, mənzərə olduğu kimi qalmaqdadır.

Tovuz Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, mövcud vəziyyətlə bağlı aidiyyəti qrumlara rəsmi müraciət ünvanlanıb. Veriləcək müvafiq qərardan sonra yolun təmirinə başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar