Xəzər Xəbər

Xankəndi və Şuşada seçki məntəqələri ilə yaxından tanışlıq VİDEO

Veb TV | 22:00 • 27 Avqust 2024
Xankəndi və Şuşada seçki məntəqələri ilə yaxından tanışlıq

Xankəndi və Şuşa şəhərində fəaliyyət göstərən seçki məntəqələrində növbədənkənar parlament seçkilərinə hazırlıq işləri başa çatıb.

Xezerxeber.az xəbər verir ki, bütün seçki məntəqələri səsvermə gününə hazır vəziyyətə gətirilib.

Məntəqə sədri İmran Mirzəyev bildirib ki, bütün təchizatlar hazır vəziyyətdədir. Seçki məntəqəsinin üzvləri də tam hazırdırlar, aidiyyəti üzrə təlimat keçiblər.

Artıq bütün seçicilərə bildirişlər paylanılıb.

Şuşada da hazır olan məntəqələr seçicilərin yolunu gözləyir. Digərlərində olduğu kimi 124 saylı Şuşa, Ağdam və Xocavənd seçki dairəsinin 46 saylı seçki məntəqəsində də seçici siyahısı məlumdur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar