Xəzər Xəbər

300 dən çox tır sürücüsü gömrükdə icazə vərəqəsini niyə ala bilmir? VİDEO

Veb TV | 21:05 • 27 Avqust 2024
300 dən çox tır sürücüsü gömrükdə icazə vərəqəsini niyə ala bilmir?

Ölkələrarası yük daşıyan 300-dən çox sürücü icazə sənədi ala bilmədiyini bildirir.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən yükdaşıma ilə məşğul olan sürücülər son 6 ay ərzində problemlə üzləşdiklərini iddia ediblər. Dediklərinə görə, müvafiq blankı almaq üçün aidiyyəti qurumlara müraciət etsələr də, nəticə əldə edə bilməyiblər.

Meyvə-tərəvəz gətirərək digər qonşu ölkələrə yük daşıyan sürücülər günlərdir Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük terminalında gözlədiklərini deyirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda 3-cü ölkə icazə blanklarının Rusiya tərəfindən verilməsi üçün bu ölkənin Nəqliyyat Nazirliyi ilə danışıqlar davam edir. 

Qurumdan o da bildirildi ki, blankların Rusiyadan Azərbaycana gətirilərək daşıyıcılara verilməsi təmin ediləcək və bu barədə daşıyıcılara öncədən məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar