Xəzər Xəbər

Xaricdə təhsil alarkən diplomların tanınmasında nələrə diqqət etmək lazımdır? VİDEO

Veb TV | 20:45 • 27 Avqust 2024
Xaricdə təhsil alarkən diplomların tanınmasında nələrə diqqət etmək lazımdır?

Hər il Azərbaycandan yüzlərlə gənc təhsil almaq üçün xarici ölkəyə üz tutur. İllərlə təhsil haqqı ödəyib, imtahanlarda iştirak edib, diplom əldə edir, ölkəyə dönəndə isə diplomlarının tanınmaması problemi ilə üzləşirlər. 

Diplomların tanınması prosesində nələrə diqqət etmək lazımdır?

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin  şöbə müdiri Elnur Xəlilov “Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, imtinaların ən çox qeydə alınan səbəbləri "vətəndaşın təhsil normativinə uyğun olaraq, təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması" və qiymət cədvəlində qeyd olunan tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmamasıdır. Tələb olunan sənədlər siyahısında ümumvətəndaş pasportunun sərhədkeçməni bildirən bütün möhürlü səhifələrinin təqdim olunması tələbi yer alır.

Buna görədə tələbələr çalışmalıdırlar ki, üzrlü səbəblərdən dolayı ölkədən giriş-çıxış etsinlər və diqqətli olsunlar. Agentlik diplomların tanınması üçün xarici pasporta vurulan ölkədən giriş-çıxış möhürlərini tələb edir. Daha sonra isə bu möhürlərin təsdiqlənməsi üçün Dövlət Sərhəd Xidmətinin müvafiq qurumuna müraciət olunur. Bunun məqsədi odur ki, Agentlik tələbənin təhsil aldığı ölkədə yaşamasına və kifayət qədər vaxt keçirməsinə əmin olmaq istəyir. Apostil möhürü yalnız Haaqa Apostil Konvensiyasını imzalayan ölkələr arasında keçərlidir.

Elnur Xəlilov qeyd edib ki, yekun olaraq, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla bərabərlik təşkil etmirsə, təhsil qiyabi və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti