Xəzər Xəbər

Bakıda kişi arvadı tərəfindən yataqda ölümcül bıçaqlandı – Hadisənin DETALLARI VİDEO

Veb TV | 20:35 • 27 Avqust 2024
Bakıda kişi arvadı tərəfindən yataqda ölümcül bıçaqlandı – Hadisənin DETALLARI

Kişi yataqda ölümcül bıçaqlanıb.

Xezerxeber.az xəbər verir ki, ağır cinayət səhərə yaxın paytaxtın Nizami rayonu Çobanzadə küçəsi 61 ünvanında törədilib.

Sözügedən ünvanda 45 yaşlı Sakit Nağıyevin xasərət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal istintaq qrupu hadisə yerinə gedərək baxış keçirib. Çox çəkməyib ki, Sakit Nağıyevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıb.

Məlumatlara görə, Sakit Nağıyevlə Aynur Nağıyevanın birgə nikahdan 2 övladı var. Qonşular deyirlər ki, onlar mehriban və sakit ailədir. Kişi ev alqı-satıqısı ilə məşğul olub, Aynur Nağıyeva isə evdar qadındır.

Faktla bağlı Nizami rayon prokurorluğunda ''qəsdən adam öldürməyə cəhd'' maddəsilə cinayət işi başlanıb.

Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti