Xəzər Xəbər

Bakıda retro avtomobillərin yürüşü... VİDEO

Veb TV | 21:50 • 26 Avqust 2024
Bakıda retro avtomobillərin yürüşü...

Paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

Xezerxeber.az-ın xəbərinə görə, artıq ənənə halını alan yürüş qeydiyyatdan keçən klassik avtomobillərin, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələrinin Dənizkənarı Milli Parkda nümayişi ilə başlayıb. 

Yürüşdə 1984-cü ilədək istehsal olunan avtomobillər iştirak edib. İllərdir ki, klassik avtomobilləri yeni alınmış kimi saxlayan maşın sahibləri üçünsə bu paradın xüsusi önəmi var.

Yürüşün sonunda "Dreamland Golf Club"da klassik avtomobillərin sərgisi keçirilib. "Ən qədim avtomobil", "Ən unikal avtomobil" və "Ən rəngarəng geyim" nominasiyalarında qaliblər seçilərək mükafatlandırılıb.  Nominasiyalarla yanaşı qonaqlara tanınmış ifaçıların iştirakı ilə konsert və əyləncə proqramı da təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar