Xəzər Xəbər

Bakıda həbsdə olan separatçıların hazırki vəziyyəti necədir? VİDEO

Veb TV | 21:45 • 26 Avqust 2024
Bakıda həbsdə olan separatçıların hazırki vəziyyəti necədir?

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Bakıda həbsdə olan Qarabağ separatçılarına baş çəkiblər.

Bu barədə ''Xəzər Xəbər''ə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O, bildirib ki, bu cür görüşlər mütəmadi olaraq keçirilir.

Bəs görüş zamanı separatçıların, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarından istəkləri nə olub? 

İlahə Hüseynova bildirdi ki, Beynəlxalq Qızıl Xaç Komitəsi prosedurlara uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr və tövsiyələri yalnız saxlayan tərəflə paylaşır və müzakirə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar