Avropa İttifaqının bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır.
Xezerxeber.az-ın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, Avropa İttifaqı institutlarının Azərbaycanda insan hüquqları ilə bağlı qərəzli iddiaları dəfələrlə cavablandırılıb.
Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Avropa İttifaqının bir sıra üzv ölkələrində insanların hüquq və azadlıqları kobud şəkildə pozulur.
Xatırladaq ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano "Politico" qəzetinə müsahibəsi zamanı, "Azərbaycanda ötən ildən bəri müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin həbs olunduğunu" iddia edərək onların azad olunmasına dair çağırışlar edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.