Avtomobilin dərəyə aşması ölümlə nəticələnib.
Xezerxeber.az-ın xəbərinə görə, ağır qəza İsmayıllıda baş verib. Rayonun Basqal kənd sakini, 58 yaşlı Rəfad Cəbrayılov idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə yuvarlanıb. Sürücü ağır bədən xəsarətləri ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Şəkidə baş verən qəzada isə piyada dünyasını dəyişib. Hadisə Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil 37 yaşlı Samrat Paşayevi vurub. Ağır bədən xəsarətləri alan piyada dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.