Sabirabadda qadın qətlə yetirilib.
Xezerxeber.az-ın xəbərinə görə, bu gün təxminən saat 15 radələrində rayon ərazisində 49 yaşlı Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 17 yaşlı Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qonşuların sözlərinə görə, hadisə yeyib içmək məclisində baş verib. Hər iki şəxsin spirtli içki qəbul etdiyi bildirilir. Sonra aralarında yaranan mübahisə zamanı yeniyetmə qadını öldürüb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.