Lombard kreditlərinə olan tələbat artıb.
Xezerxeber.az xəbər verir ki, son illər banklar kredit verilməsi ilə bağlı tələbləri sərtləşdirilib.
Nəticədə də, bankdan kredit ala bilməyən vətəndaş lombardlara üz tutur.
Mütəxəssislər deyir ki, banklar tərəfindən son illər kreditlərin verilməsi ilə bağlı tələblərin sərtləşməsi lombard kreditlərinə olan tələbatı artırıb.
Bu isə faizlərin qalxmasına səbəb olub.
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, pulun faiz dərəcəsini bazar müəyyənləşdirməlidir. Əgər lombardın kredit faizi yüksəkdirsə, deməli, bunu bazar müəyyən edib.
Xalid Kərimli onu da qeyd edib ki, lombardlarla bağlı nəzarət mexanizmi sərtləşdirilməlidir.
Mütəxəssislər hesab edirlər ki, lombardlarla bağlı tədbirlərin görülməsi vacibdir, qanunun qəbulu mümkün dərəcədə tezləşdirilməlidir. Vətəndaşların lombard xidməti sahəsində müvafiq anlayışı, iqtisadi savadlılıq dərəcəsi olmalı, bu sahə bazar iqtisadiyyatına uyğun, keyfiyyətli şəkildə qurulmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.