Avqustun 28-indən etibarən 11 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başlayır.
Xezerxeber.az-ın xəbərinə görə, təhsil ekspertləri bildirirlər ki, bu il qəbul imtahanlarında 27 minə yaxın abituriyentin kəsilməsi eyni zamanda buraxılış imtahanı nəticələrinin yüksək olması ilə kolleclərdə ixtisas balları artacaq.
Təhsil eksperti Rizvan Fikrətoğlu onu da əlavə edib ki, ərazi faktorunun olması da balların artımına təsir edən amillərdən hesab edilir.
Belə ki, əsasən Bakı, Sumqayıt eləcə də Lənkəran və Gəncə şəhərindəki kolleclərə müraciət edən abituriyentlərin sayı çox olduğundan burada tədris edilən ixtisasların ballarında artımın olması gözlənilir.
Ekspertin sözlərinə görə, abituruyentlərin müraciət etmədiyi bəzi ixtisaslar var ki, onları da prestijli ixtisaslardan hesab etmək mümkündür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.