Xəzər Xəbər

Bu il tələbatın yüksək olduğu universitetlər AÇIQLANDI VİDEO

Veb TV | 20:40 • 26 Avqust 2024
Bu il tələbatın yüksək olduğu universitetlər AÇIQLANDI

Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib. O həmçinin bildirib ki, bu il universitetlərə qəbul olan Subbakalvrların sayı ötənilki göstəricidən 695 nəfər çoxdur.

Məleykə Abbaszadə həmçinin Universitetlərə və orta ixtisas təhsili müəssisələrinə boş qalan plan yerlərinin sayını da açıqlayıb.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri bildirib ki, buraxılış imtahanlarında 50 baldan yuxarı nəticə göstərən, hər bir fəndən 10 bal yığan şəxs orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilər.

Qarabağ Universitetinə 1103 nəfərin qəbul olduğunu da açıqlayan Məleykə Abbaszadə onlardan 23%-nin Qarabağ bölgəsinin, 16 faizinin isə Bakı sakini olduğunu vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar