Ağdaş rayonunun Qumlax kəndinə sonuncu dəfə 1984-cu ildə qaz çəkilib.
Xezerxeber.az xəbər verir ki, sonradan kəndin ərazisi genişlənsə də yeni məhəllələr bu günə qədər qazlaşdırılmayıb.
Sakinlər bildirir ki, kəndin yarısında qaz var, digər yarısında yoxdur. Aidiyyəti üzrə də müraciət ediblər.
Məsələ ilə bağlı Azərqaz İstehsalat Birliyindən bildirildi ki, ölkə üzrə qazlaşmayan kəndlərin, yeni yaşayış massivlərinin qazlaşdırılması gündəlikdə duran məsələlərdən biridir və mərhələli şəkildə həyata keçirilir.
Ağdaş rayonunun Qarasuqumlaq kəndinin yeni yaşayış massivinin qazlaşdırılması məsələsinə də növbəti mərhələlərdə baxılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.