Azərbaycanda D kateqoriyalı sürücülük vəsiqəsi olan sürücü qıtlığı var.
Xezerxeber.az xəbər verir ki, xüsusilə sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri idarə etməyə icazə verən bu katoqoriya üzrə sürücü azlığı yaşanır.
Eskpertlər deyir ki, bu hal son 24 ayda daha çox müşahidə edilir. Əsas səbəb isə bu kateqiriya üzrə tələb olunan biliklərin çətin olması və avtobus sürücülərinin xaricə kütləvi axın etməsidir.
Yasin Mustafayev onu da bildirdi ki, ictimai nəqliyyat sahəsində aparılan islahatlar əhatəli olmalıdır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, D kateqoriyalı sürücülərin sayının artırılması üçün avtobus parkı genişləndirilir. Eyni zamanda bu kateqoriyada çalışan sürücülərə müəyyən güzəştlər tətbiq olunacaq.
Qurum rəsmisi onu da əlavə etdi ki, sürücülər AYNA-nın təlim-tədris mərkəzində sərnişinlərin təhlükəsizliyinə, yol hərəkəti qaydalarına və nəqliyyat vasitəsinin təhlükəsizliyinə dair bütün biliklərə yiyələnə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.