Qarabağı çirkləndirənlər barədə məlumat paylaşılıb.
Xezerxeber.az-ın xəbərinə görə, ekoloqlar isə deyirlər ki, meşə zolağının çox olduğu Qarabağ ərazisinə atılan tullantılar həm də yanğınlara səbəb ola bilər.
İşğaldan azad edilmiş torpaqları çirkləndirmək mənəvi məsuliyyətlə yanaşı, həm də inzibati məsuliyyət yaradır.
Elə buna görə də polis işğaldan azad olunmuş bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir. Həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür.
Daxili İşlər Nazirliyi bununla bağlı vətəndaşlara müraciət edib. "Bir daha vətəndaşlarımızdan xahiş edirik, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq antisosial, xoşagəlməz əməldir, qanunla qadağandır, inzibati məsuliyyət yaradır",- deyə nazirliyin məlumatında qeyd olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.