Azərbaycanda qəbul imtahanlarından 600-dən yuxarı bal toplayan iki abituriyent ali məktəbə qəbul ola bilməyib.
Xezerxeber.az xəbər verir ki, I qrupdan 658 bal toplayan oğlan və 630 bal yığan qız müsabiqədən keçməyərək kəsiliblər.
Hər il abituriyentlərin rastlaşdıqları problemi "Xəzər Xəbər"ə şərh edən təhsil eksperti Elşən Qafarov bildirib ki, yetərincə bal yığmaq kifayət etmir, düzgün ixtisas seçimi də mütləqdir.
Onun sözlərinə görə, bu il ali məktəblərə qəbul ola bilməyənlər arasında 400 və 500-də çox bal toplayan abituriyentlər də az deyil.
Ekspert qeyd edib ki, müsabiqə şərtlərini ödəəyn tələbələr ikinci mərhələdə yenidən müraciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.