Xəzər Xəbər

Qaxda bir sinfin bütün şagirdləri tələbə adını QAZANDI VİDEO

Veb TV | 21:10 • 24 Avqust 2024
Qaxda bir sinfin bütün şagirdləri tələbə adını QAZANDI

Bir sinifdə təhsil alan 20 şagirdin 20-sidə universitetə qəbul olub.

Xezerxeber.az xəbər verir ki, Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin 11a sinif şagirdləri rayon üzrə rekord nəticə göstəriblər. Belə ki, ali məktəblərə qəbul üçün sənəd verən 20 nəfərdən hər biri müxtəlif universitetlərə qəbul olaraq 100 faiz nəticə göstərib. Tələbə adını qazanan gənclər təəssüratlarını bizimlə bölüşüblər

Onlar müəllimlərinin və valideynlərinin zəhmətini dəyərləndirərək 11 il oturduqları partadan alnı açıq, üzü ağ qalxdılar.

Məktəb direktoru bildirir ki, bu ilki məzunların 75 faizi ali məktəblərə qəbul olub.

Xatırladaq ki, 2 nömrəli məktəb-lisey ötən ildən həm də STEAM təhsil sisteminə keçib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti