Xəzər Xəbər

Özbəkistanın Azərbaycanın xarici siyasətində MÜHÜM ƏHƏMİYYƏTİ... VİDEO

Veb TV | 22:00 • 24 Avqust 2024
Özbəkistanın Azərbaycanın xarici siyasətində MÜHÜM ƏHƏMİYYƏTİ...

Azərbaycan-Özbəkistan münasibətləri yeni dövrün çağırışlarına uyğun inkişaf edir. Azərbaycanın xarici siyasətində Özbəkistan ilə əlaqələrin mühüm əhəmiyyəti var.

Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri, xüsusilə, ticarət, investisiya və strateji tərəfdaşlıq sahələrində mühüm əhəmiyyət daşıyır və Azərbaycanın Türk dünyası daxilində əlaqələri gücləndirmək siyasəti ilə uyğun gəlir.

Əməkdaşlığı gücləndirən amillər həm də hər iki ölkə arasında imzalanan qarşılıqlı anlaşmalar, bəyannamələrdir. Özbəkistan prezidentinin son altı ay ərzində Azərbaycana etdiyi səfərlər, Şuşanı ziyarət etməsi, Fizulidə Mirzə Uluqbəy adına orta məktəbin inşasını Azərbaycana hədiyyə etməsi, eləcə də Xankəndidə yeni bir sənaye sahəsini öz üzərinə götürməsini buna misal göstərmək olar.

Son beş ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Bu gün Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə Özbəkistanın 90-dan çox şirkəti qeydiyyatdan keçib.

Azərbaycan-Özbəkistan əlaqələri özündə həm də regional aspektləri əks etdirir. Bu kontekstdə xüsusi olaraq nəqliyyat-tranzit marşrutları diqqət çəkir. İki ölkənin razılaşdırdığı layihələr paralel şəkildə həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionu üçün geniş imkanlar açır.

Politoloqun sözlərinə görə, nəinki Özbəkistan, eləcə də türk dövlətləri arasında əlaqələrin sıxlaşmasında 44 günlük müharibədə qazandığımız zəfərin də böyük rolu var.

Ekspertlər deyirlər ki, Azərbaycan və Özbəkistan prezidentlərinin ortaya qoyduqları siyasi mövqe hər iki ölkə arasındakı əlaqələrin bundan sonra da dərinləşməsinə və inkişafına töhfə verəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti