Xəzər Xəbər

Goranboyda toyuna 20 gün qalan 29 yaşlı gənci cərəyan vuraraq ÖLDÜRDÜ VİDEO

Veb TV | 20:55 • 24 Avqust 2024
Goranboyda toyuna 20 gün qalan 29 yaşlı gənci cərəyan vuraraq ÖLDÜRDÜ

29 yaşlı nişanlı gənci cərəyan vuraraq öldürüb.

Xezerxeber.az xəbər verir ki, faciəvi hadisə Goranboy rayonunun Qarqucaq kəndində baş verib. Doğmaları bildirib ki, Seymur Paşayevin sentyabrda toy məclisi olacaqmış. Toyqabağı mənzildə ustalar təmir işləri aparırmış, hadisə də həmin evə elektrik lampası quraşdırmaq istəyərkən baş verib.

Gənc yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar