Xəzər Xəbər

Horadiz-Ağbənd dəmir yolu xəttinin üstünlüyü nə olacaq? VİDEO

Veb TV | 22:00 • 23 Avqust 2024
Horadiz-Ağbənd dəmir yolu xəttinin üstünlüyü nə olacaq?

Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirməsi üzrə işlərin 83 faizi yerinə yetirilib.

Xezerxeber.az xəbər verir ki, ümumi olaraq isə işin 57 faizi yekunlaşıb.

Dəmir yol xəttinin istifadəyə verilməsi alternativ nəqliyyat vasitəsi deməkdir ki, bu da əraziyə gediş-gəlişin əlçatanlığını artıracaq.

Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca ümumilikdə eni 60 metr olan ərazilərin minadan təmizlənməsi işləri başa çatdırılıb, əlavə genişlənmələrin tələb olunduğu hissəslərin isə minadan təmizləməsi işləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024