Xəzər Xəbər

Əgər qəza piyadaya görə edilibsə zərəri kim ödəməlidir? – Ekspert AÇIQLADI VİDEO

Veb TV | 21:50 • 23 Avqust 2024
Əgər qəza piyadaya görə edilibsə zərəri kim ödəməlidir? – Ekspert AÇIQLADI

Qəfil yola çıxan piyada qəzaya səbəb olur...

Xezerxeber.az xəbər verir ki, keçiddən deyil, yolun hərəkət hissəsindən keçən piyadaya görə baş verən qəzada avtomobilə ciddi ziyan dəyir.

Piyadaların iştirakı ilə baş verən qəzaların bir çoxu piyadaların diqqətsizliyi və qayda pozması səbəbindən baş verir. Belə olan halda isə əksər hallarda sürücü ziyanı ödəməli olur.

Eskpertlər isə deyir ki, qəza zamanı günah piyadada olarsa dəyən zərəri ödəməlidir. Dünya  ölkələrinin praktikasında qəza zamanı səhv kimdə olursa zərərçəkənə dəymiş ziyanı da o ödəyir.

Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, hadisə zamanı mütləq araşdırma aparılmalıdır. Məhkəmə əsasında sənədlər toplandıqdan sonra zərərçəkmiş dəymiş ziyanın düzəlməsini qarşı tərəfdən tələb etməlidir.

Qəza zamanı səhv piyadada olarsa və piyada vəfat edərsə dəymiş ziyanı onun varisləri ödəməlidir.

Ekspertlər onu da bildirir ki, hər 10 qəzadan 5-i piyada səhvinə görə olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024