Xəzər Xəbər

63 yaşli şəxs xəstəliyinə görə pensiya ala bilmir – ŞİKAYƏT VİDEO

Veb TV | 21:38 • 23 Avqust 2024
63 yaşli şəxs xəstəliyinə görə pensiya ala bilmir – ŞİKAYƏT

63 yaşlı şəxs xəstəliyinə görə pensiya ala bilmir.

Beyninə qan sızması nəticəsində həm nitq qabiliyyətini, həm də hərəkətini tamamən itirən nazim qafarovun ailəsi məsələ ilə bağlı “Xəzər Xəbər”ə müraciət edib.

Üç il əvvəl Nazim Qafarovun beyninə qan sızıb. Elə o gündən də danışa və hərəkət edə bilmir. Mikrafonumuza da dərdini özü yox, qızı Ramilə Qafarova danışdı:

Ramilə Qafarovanın sözlərinə görə, qeydiyyatda olduqları Salyan rayonunda atasının  təqaüdə çıxması üçün müraciət etsələr də, bu mümkün olmayıb.

Ramilə Qafarova həkimin məsləhəti ilə atasının 10 gün xəstəxanada yatdığını da bildirib. Hətta Nazim Qafarovun Ruhi Əsəb dispanserində müalicə olunmasını tövsiyə edənlər də olub. Ancaq bu da, 64 yaşlı kişinin təqaüdə çıxması üçün yetərli olmayıb.

Məsələ ilə bağlı sorğumuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirdilər ki, Salyan rayon sakini, 1961-ci il təvəllüdlü Qafarov Nazim Nəriman oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 2 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma-88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024