Xəzər Xəbər

26 il sonra yenidən universitetə daxil olan Şəmkir sakini: “Oxumaq heç vaxt gec deyil” VİDEO

Veb TV | 21:30 • 23 Avqust 2024
26 il sonra yenidən universitetə daxil olan Şəmkir sakini: “Oxumaq heç vaxt gec deyil”

"Hamıya göstərdim ki, oxumaq heç vaxt gec deyil"

Xezerxeber.az xəbər verir ki, bunu tələbə adını qazanan Şəmkir rayon, Düylərli kənd sakini 51 yaşlı Həqiqət Salahova deyir.

Həqiqət Salahova universitetə 26 il əvvəl qəbul olub. Lakin müəyyən səbəblərdən təhsilini yarımçıq qoyub.

O, vaxtdan arzusu ali təhsil almaq olub. Onun bu arzusu 51 yaşında reallaşıb. Bəzi maneələr olsa da,yenə də hazırlaşaraq əzm göstərərək istəyinə nail olub.

Həqiqət Salahova 247 bal toplayarq tələbə adını qazanıb.

Dediyinə görə, onu sosial şəbəkələrdə təbrik edənlərlə yanaşı, qınayanlar da olub. Həqiqət Salahova bütün bunlara görə ruhdan düşmür. Bildirir ki, əsas odur oxumaq heç vaxt gec deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024