Xəzər Xəbər

Formula 1 və COP29 mərkəzdə kirayə qiymətlərini ARTIRACAQ? VİDEO

Veb TV | 21:11 • 23 Avqust 2024
Formula 1 və COP29 mərkəzdə kirayə qiymətlərini ARTIRACAQ?

Ölkəmizdə keçiriləcək Formula1 və COP-29 tədbirləri kirayə mənzil bazarında canlanma yaradıb.

Xezerxeber.az-ın xəbərinə görə, reiltorlar deyirlər ki, bu cür beynəlxalq tədbirlər zamanı xüsusilə şəhər mərkəzinə yaxın bina və həyət evlərinin günlük kirayəsinə tələb artır. Bu işlə məşğul olanlar indidən həmin evləri aylıq kirayəyə götürərək, tədbir zamanı qonaqları qəbul edirlər.

Turizm üzrə ekspert Rəhman Quliyev isə deyir ki, bu cür praktika bir çox ölkələrdə də var. Yəni həm turizm mövsümü zamanı, həm də tədbirlər vaxtı otellərlə yanaşı digər yaşayış yerlərinə də tələb artır.

Azərbaycanda keçirilən əvvəlki beynəlxalq tədbirlər zamanı da bina evləri və villalara tələb artmışdı.

Ekspert deyir ki, COP-29 vaxtı 80 mindən artıq qonağın gəlməsi gözlənilir ki, onların da hər biri ən yüksək səviyyədə qarşılanıb yola salınacaq.

O da bildirildi ki, COP-29 dan sonra azərbaycana kütləvi şəkildə turist axını gözlənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024