Xəzər Xəbər

İnternet üçün aylıq ödənişi etməyənə cərimə gələ bilər? VİDEO

Veb TV | 20:40 • 23 Avqust 2024
İnternet üçün aylıq ödənişi etməyənə cərimə gələ bilər?

İnternet üçün ödəniş etmədiyinə görə 140 manat cərimə edilib.

Xezerxeber.az-ın xəbərinə görə, İmişli sakini Mərhəmət Həsənov iddia edir ki, internetdən istifadə etmədiyi aylıq ödənişi dayandırıb. Aylar sonra isə ona məhkəmədən cərimə edilməsi ilə bağlı bildiriş gəlib.

Mərhəmət Həsənov deyir ki, 140 manatlıq cərimə onun 7 aylıq internet ödəniş məbləği qədərdir. Əgər vaxtında bilsəydi, cərimə əvəzinə aylıq ödəniş edərdi. Baxmayaraq ki, əvvəllər ödənişi gecikdirəndə ona bu barədə xəbərdarlıq edilib. Son aylarda isə ümumiyyətlə məlumat verilməyib.

Məsələ ilə bağlı "Aztelekom"dan "Xəzər Xəbər"ə bildirildi ki abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə, bu barədə müraciət etməlidir.

Belə ki, yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətini dayandıra bilər. Bu halda xidmətlərdən imtina ilə bağlı abunəçidən modemin geri qaytarılması istənilir və həmin avadanlığın dəyəri tələb edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024