Xəzər Xəbər

DYP-dən valideynlərə ÇAĞIRIŞ VİDEO

Veb TV | 20:25 • 23 Avqust 2024
DYP-dən valideynlərə ÇAĞIRIŞ

Avtomobili idarə etmək üçün azyaşlı övladına verən valideynlərə ciddi xəbərdarlıq edilib.

Xezerxeber.az xəbər verir ki, bu cür fakt aşkar edilən kimi inzibati qaydada cərimə olunacaqlar. Valideynlərə bu xəbərdarlığı Baş Dövlət Yol Polisi İdarəsi edib.

İdarənin əməkdaşı Elvin Hacıyev deyir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi hallarına rast gəlinir.

Sürücülər də təcrübəsi olmayan azyaşlıya avtomobilin verilməsinin əleyhinədirlər.

Yol Polisi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə, onlara bu əməlin kobud qayda pozuntusu olduğunu, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini xatırladır.

Qeyd edək ki, bu cür fakt aşkar edildikdə avtomobil sahibi inzibati qaydada cərimə olunur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024