Xəzər Xəbər

Azərbaycanın amfibiya təyyarəsi Bolu-Gerede istiqamətində meşə yanğını ilə mübarizəyə cəlb olunub VİDEO

Veb TV | 09:21 • 23 Avqust 2024
Azərbaycanın amfibiya təyyarəsi Bolu-Gerede istiqamətində meşə yanğını ilə mübarizəyə cəlb olunub

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Xezerxeber.az FHN-nə istinadən xəbər verir ki, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar