Xəzər Xəbər

Zoologiya İnstitutundan Bakının mərkəzində peyda olan ilanlar barədə: “Normal haldır” VİDEO

Veb TV | 22:10 • 22 Avqust 2024
Zoologiya İnstitutundan Bakının mərkəzində peyda olan ilanlar barədə: “Normal haldır”

Xəbər verdiyimiz kimi, paytaxtın mərkəzində, metronun 28 may stansıyasının yaxınlığında ilanlar peyda olub.

Ərazidə yaşayan sakinlər iddia edir ki, artıq orada dörd ilan öldürülüb. Sakinlərin bəziləri şəhərin mərkəzində ilanın üzə çıxmağını normal olduğunu desələr də, bəziləri bunun mümkünsüz olduğunu bildirir.

Məsələ ilə bağlı sualımıza AMEA-nın Zoologiya İnstitutundan bildirdilər ki, Bakı şəhəri ilanların təbii yaşayış yeri olub, ona görə də hələ də bu ərazilərdə ilanların görülməsi normal haldır. 

Qurumdan verilən məlumata görə, ilanlarla bağlı məsələ adətən yay fəsillərində aktuallaşır. Onların şəhərin mərkəzində görülməsi isə nadir hal sayılır.

Ekspertlər isə hesab edir ki, ilanla qarşılaşanda fobiya yaşamaq yox, ona əl vurmamaq və mümkün qədər məsafə saxlamaq lazımdır. Çünki ilanı bir yerdə ikinci dəfə görmək mümkün deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

Çox oxunanlar