Xəzər Xəbər

Bakıda Boneyra adasının qətnaməsi qəbul edildi VİDEO

Veb TV | 23:04 • 22 Avqust 2024
Bakıda Boneyra adasının qətnaməsi qəbul edildi

Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı  beynəlxalq konfransın yekun bəyanat qəbul edilib.

Xezerxeber.az-ın xəbərinə görə, sənəddə bildirilib ki, müstəmləkə şəraitində mövcudluğunu davam etdirən Bonayre dövlətinin və xalqının bütün hüquq və azadlıqları BMT Nizamnaməsinin tələblərinə uyğun təmin edilməli, beynəlxalq ictimaiyyət Bonayre ərazisində yaşayanların problemlərinə diqqət yetirməlidir.

Tədbirdə Bakı Təşəbbüs qrupunun dəstəyi ilə Boneyradan bir sıra rəsmi nümyəndələr, Niderlandın təyziqlərinə qarşı çıxan insan hüquqları fəalları, hüquq müdafiəçiləri iştirak ediblər. Onlar Bakıda keçirilən bu tədbir vasitəsilə səslərini beynəlxalq arenaya çatdıracaqları üçün minnətdarlıq bildiriblər.

Nümayəndlər həmçinin Niderlandın təyziqləri səbəbindən öz ana dillərində məktəbdə belə təhsil ala bilmədiklərini vurğulayıblar. Azərbaycanın daim onların yanında olduqlarını da qeyd ediblər.

Boneyranın İnsan Hüquqları üzrə Təşkilatının beynəlxalq siyasət üzrə müşaviri Xorxe Qarsiya Kordoba isə müstəmləkə dövlətlərindəki siyasi qüvvələri birliyə çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti