Xəzər Xəbər

“Cəmi 12 kilometrlik yolu düzəltmək niyə çətin olsun ki?” – Oğuz sakinlərindən ŞİKAYƏT VİDEO

Veb TV | 22:00 • 22 Avqust 2024
“Cəmi 12 kilometrlik yolu düzəltmək niyə çətin olsun ki?” – Oğuz sakinlərindən ŞİKAYƏT

Oğuz rayonunun malux kənd sakinləri uzun illərdir ki yollarının pis olmasından əziyyət çəkirlər.

Xezerxeber.az xəbər verir ki, kadrlar Oğuzun Malux kəndini rayon mərkəzi ilə birləşdirən yoldandır.

Cəmi 12 km olan yol toz, palçıq əlindən keçilməz olduğu üçün apteki, tibb məntəqəsi olmayan kəndə təcili yardım, yanğınsöndürən və digər xidməti maşınlar gəlmək istəmir, gələndə də elə vaxta çatırlar ki artıq necə deyərlər gec olur.

Avtomobil yolları Dövlət Agnetliyindən “Xəzər Xəbər”ə bildirildi ki, kənd yollarının yenidən qurulması bölgələrin sosial inkişafı proqramı ilə həllini tapır. Proqram çərçivəsində Oğuz rayonu ərazisində avtomobil yollarının yenidən qurulması da nəzərdə tutulur. O, da qeyd edilib ki, Maliyyə vəsaiti ayrılan kimi həmin yollar təmir olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti