Xəzər Xəbər

8 noyabr prospektində təmiri aparılan yol sürücülərin istifadəsinə nə zaman veriləcək? VİDEO

Veb TV | 21:55 • 22 Avqust 2024
8 noyabr prospektində təmiri aparılan yol sürücülərin istifadəsinə nə zaman veriləcək?

Əsaslı təmirə bağlanan 8 noyabr prospektində işlər davam etdirilir. Yol hələ bir neçə gün də nəqliyyatın hərəkətinə bağlı olacaq.

Xezerxeber.az xəbər verir ki, Xəqani Rüstəmov küçəsi ilə kəsişən hissədən 8 noyabr prospektinə giriş tam bağlı olduğundan sürücülər alternativ yol kimi Babək və H.Əliyev prospektindən istifadə edirlər.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

Qeyd edək ki, prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması da nəzərdə tutulur.

Bəs yolda təmir işləri tam olaraq nə zaman yekunlaşacaq?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti