Xəzər Xəbər

Orta məktəbə elektron yerdəyişmədə maraqlı olay: “Direktor əkizlərdən birini qəbul etmədi” VİDEO

Veb TV | 21:40 • 22 Avqust 2024
Orta məktəbə elektron yerdəyişmədə maraqlı olay: “Direktor əkizlərdən birini qəbul etmədi”

Elektron yerdəyişməsi təsdiq olunan əkiz uşaqlardan biri məktəbə götürülsə də, digərinə məktəb tərəfindən imtina verilib.

"Xəzər Xəbər"ə müraciət edən paytaxt sakini Xəyalə Səlimova iddia edir ki, övladlarının elektron yerdəyişmə ilə 5-ci sinfə qəbulu üçün onlayn şəkildə sorğu göndərib.

Valideyn iddia edir ki, uşağına 45 nömrəli məktəbin eyni anda 2 sinfindən qəbul üçün təsdiq gəlib, lakin məktəb rəhbərliyi valideyndən sorğudan imtina etməsini istəyib.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, səsləndirilən iddialar doğru deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

Çox oxunanlar