Xəzər Xəbər

Qubada qadın və körpəsinin ölümü ilə bağlı perinatal mərkəzinin rəhbəri DANIŞDI VIDEO

Veb TV | 21:10 • 22 Avqust 2024
Qubada qadın və körpəsinin ölümü ilə bağlı perinatal mərkəzinin rəhbəri DANIŞDI

Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və körpəsi ölüb.

Xezerxeber.az xəbər verir ki, Xaçmaz rayonunun Hülövlu kənd sakini 24 yaşlı Samirə Nəsirova doğuş üçün Mərkəzə gətirilib. Əməliyyat zamanı o və dünyana gələn köprəsi həyatını itirib.

TƏBİB-dən bildirilib ki, hadisə dünən baş verib. 38 həftəlik hamilə olan qadın "uşaqlıq üzərində çapıq" diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib. Müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar keysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib.

Saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub.

Bu, Samirə Nəsirovanın ikinci hamiləliyi olub, onun 3 yaşında daha bir övladı da var.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

Çox oxunanlar