Xəzər Xəbər

Bakının qəsəbələrində su problemi bitmir VIDEO

Veb TV | 20:45 • 22 Avqust 2024
Bakının qəsəbələrində su problemi bitmir

Yüzlərlə sakin bir həftədir ki, su üzünə həsrət qalıb

Xezerxeber.az xəbər verir ki, söhbət Suraxanı rayonu, Bülbülə qəsəbəsi Samir əliyev küçəsinin sakinlərindən gedir. Onlar günlərdir susuz qaldıqlarını deyirlər.

Sakinlər istəyir ki, suyun verilməsində günlərlə problem yaşanacaqsa öncədən onlara məlumat verilsin.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. Qurumdan bildirildi ki, problemin səbəbi Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəzadır. Bu səbəbdən bir neçə gün paytaxtın 11 rayonuna suyun verilməsində fasilələr yaranıb. Hazırda qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb.  Su kəmərinin doldurulması prosesinə başlanılıb.

Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti