Xəzər Xəbər

Bölgələrdə ağır qəzalar... VİDEO

Veb TV | 22:25 • 21 Avqust 2024
Bölgələrdə ağır qəzalar...

İdarəetmədən çıxan maşın aşıb. Nəticəsi  ölüm olub.

Xezerxeber.az xəbər verir ki, hadisə İsmayıllının Təzəkənd kəndində qeydə alınıb. Avtomobilin sürücüsü qəfildən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində 65 yaşlı  Məsarif Rüstəmov ölüb, digər 3 nəfər - Camal Zeynalov, Elnur Bayramov və Valeh Məmmədov xəsarət alıb.

Fakt araşdırılır.

Sumqayıtda isə sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Hadisə "Saray körpüsü"ün yaxınlığına qeydə alınıb.

Namiq Ağayevin idarə etdiyi 16-19 saylı xətt üzrə işləyən avtobus, avtomobillə toqquşub. Maşında olan 19 yaşlı  Cavidan Mirzəyev qapalı kəllə beyin travması ilə xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

Çox oxunanlar