Xəzər Xəbər

Bakı metrosu köhnə qatarlardan nə vaxt azad olacaq? VİDEO

Veb TV | 21:05 • 21 Avqust 2024
Bakı metrosu köhnə qatarlardan nə vaxt azad olacaq?

İctimai nəqliyyatda gediş haqları artırıldıqdan sonra vətəndaşlar keyfiyyətin də artacağını düşünürdülər.

Xezerxeber.az xəbər verir ki, lakin hələ də Bakı metropolitenində köhnə vaqonlardan istifadə olunur.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda hər 3 xəttə xidmət göstərən 61 qatar mövcuddur. Yaxın vaxtlarda vaqon parkının genişləndirilməsi üçün yeni qatarların gətirilməsi nəzərdə tutulub. 

Onun sözlərinə görə, artıq bu qatarlardan 2-si Bakıya çatdırılıb.

Bəxtiyar Məmmədov həmçinin onu da bildirib ki, qatarlar arasında intervalın çox olması texniki tələblərə uyğunlaşdırılır. Yəni, qış rejimində sıx intervallar tətbiq edildiyi halda yay rejimində bu, sərnişinlərin hərəkət qrafiki ilə tənzimlənir. Tədris ili başladığı zaman isə qatarlar arasında minimum interval tətbiq edilir.

Qurum rəsmisi eyni zamanda  onu da əlavə etdi ki, texniki cəhətdən kondisionerlərin köhnə qatarlara quraşdırılması mümkün deyil.

Buna səbəb isə vaqonun hər iki istiqamətində soyuducu çənlərin, elektrik xətlərinin quraşdırılması üçün mümkün təchizat qurğularının olmamasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti