Xəzər Xəbər

Ailəsi ilə çimərliyə gedən 27 yaşlı gənc dənizdə BATDI VİDEO

Veb TV | 21:00 • 21 Avqust 2024
Ailəsi ilə çimərliyə gedən 27 yaşlı gənc dənizdə BATDI

Bakida ailəsi ilə çimərliyə gedən 27 yaşlı oğlanın dənizdə batdığı ehtimal edilir.

Xezerxeber.az xəbər verir ki, iki gündür həmin şəxsin axtarışları hələ də bir nəticə vermir.

Hadisə paytaxtın Sabunçu rayonunda, Pirşağı qəsəbəsində baş verib. Ayın 19-u Kənan Qurbanov ailəsi ilə istirahət məqsədi ilə Pirşağı çimərliyinə gedib. O dənizdə çimməyə başlayıb. Ailə üzvləri axşam tərəfi Kənanın geri qayıtmadığını görüblər.

Dərhal hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Dünəndən etibarən gəncin axtarışlarına başlanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, həmin şəxsin dənizdə, ən yaxın sularda xilasetmə məntəqəsindən bir kilometr aralıda, nəzarətsiz ərazidə batdığı ehtimal edilir. Hazırda dalğıclar tərəfindən həmin şəxsin axtarışları gedir

Qeyd edək ki, Kənan Qurbanov subay olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti