Xəzər Xəbər

Elektromobil və hibrid avtomobilləri təmir edən peşəkar ustalar varmı? – ARAŞDIRMA VİDEO

Veb TV | 20:50 • 21 Avqust 2024
Elektromobil və hibrid avtomobilləri təmir edən peşəkar ustalar varmı? – ARAŞDIRMA

Hybrid maşınları və elektromobillərin təmiri üçün usta azdır.

Xezerxeber.az xəbər verir ki, yeni nəsil avtomobillər üzrə ixtisaslaşan mütəxxəsislər demək olar ki, yalnız böyük servislərində mövcuddur

Sürücü Ruslan Qasımovun sözlərinə görə, ustaların əskəriyyəti bu maşınların təmirini bacarmır.

Elektromobilləri ölkəyə bir sıra avtomobil şirkətləri idxal edirlər. Həmin avtomobildə nasazlıq yarandıqda servis mərkəzlərində  təmir olunurlar. Sözügedən servislər isə öz ustalarını hazırlamaq üçün  xarici ölkələrə təlimə göndərirlər.

Həmin təlimlərdə iştirak edən avtomobil ustalarından biri Bəxtiyar Abbasovun sözlərinə görə, hələ ki sözgedən avtomobillərə tələbat artımı yenidir. Avtomobillər bir müddət işləndikdən sonra problemləri yarandıqca onların üzərində araşdırmalar aparılacaq, dərindən öyrəniləcək.

Bu təlimlərdə iştirak isə nə az, nə çox, təqribən 20-30 min manata başa gəlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti